Enerji auditi – iqtisadi sahələrdə(təsərrüfat subyektləri, sənaye müəssisələri və s.) və binalarda enerji resurslarının səmərəli istifadəsinin qiymətləndirilməsi, itkilərin aşkarlanması və qənaət potensialının müəyyənləşdirilməsi prosesidir.
İlkin məlumatların toplanması – enerji sərfiyyatı, texnoloji proseslər və avadanlıqlar barədə məlumatların analizi
Enerji ölçmələrinin aparılması – elektrik, istilik, qaz və su istehlakının faktiki ölçülməsi
Enerji balansının tərtibi – enerji axınlarının və itkilərin müəyyənləşdirilməsi
Effektivlik dəyərləndirilməsi – avadanlıqların, sistemlərin və binaların enerji səmərəliliyinin qiymətləndirilməsi
Enerji qənaəti tədbirlərinin hazırlanması – texniki və idarəetmə təklifləri ilə optimallaşdırma planı
İqtisadi analiz və geri ödəmə müddətinin hesablanması
Hesabatın tərtibi və təqdimatı – audit nəticələrinin və təkliflərin müştəriyə təqdim edilməsi